Qazilərimizin sağlamığına yönəldilmiş "Yaşat" fondunun göstərdiyi dəstəyin əhəmiyyəti.

Tezis
                                       “Yaşat” fondu 
1. Haqqında.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu.
2. Fond nə zaman yaradılıb?
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılıb.
3. Fondun məqsədi?
Fondun məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.
Həmçinin Fond Fərmanla müəyyən edilmiş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə təsis olunur.
Şəxslərin müraciəti elektron qaydada Fondun rəsmi internet səhifəsi üzərindən qəbul edilir. Müraciətlərin elektron qaydada formalaşdırılması ilə bağlı könüllülər müraciət edən şəxsə yardım göstərirlər.
Mərkəzləşdirilmiş və şəffaf platforma vasitəsi ilə Fonda ianə edənlərin şəxsi kabineti olacaq və onlar bütün xərclərə nəzarət edə biləcəklər.
4. Fonda necə müraciət etmək olar?
Fonda müraciət elektron qaydada Fondun www.yasat.gov.az rəsmi internet səhifəsi üzərindən həyata keçirilir.
5. “YAŞAT” Fonduna kimlər ianə edə bilər?
Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.
6. Fonda ianə hansı yolla edilə bilər?
Fonda vəsait onlayn qaydada elektron ödəmə portalları, 8110 SMS nömrəsi, bank köçürməsi və ödəmə terminalları vasitəsilə toplanılır.
7. Fondda toplanan vəsait hansı istiqamətlərdə istifadə olunacaqdır?
Fondun vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə olunur:- şəhid ailəsi statusu alana və ya əlilliyi müəyyən edilənədək şəhid ailəsi üzvü və ya müharibə əlili statusu alan şəxs tərəfindən götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması;- şəhid ailəsi üzvünün və ya müharibə əlili statusu alan şəxsin müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi;- şəhid ailəsi üzvünün və ya müharibə əlili statusu alan şəxsin təhsil almasına, habelə əlavə təhsilinə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialının inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi;- şəhid ailəsi üzvünün və ya müharibə əlili statusu alan şəxsin məişət şəraitinin yaxşılaşdırılması.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi