Respublika Fənn Olimpiadaları

  RFO rayon (şəhər) mərhələsi 10-12.02.2021-ci il tarixlərində keçirilmişdir. Respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanan şagirdlərin adları açıqlanmışdır. 

  Bakı şəhəri Qaradağ rayonu M.Məmmədov adına 303 nömrəli ümumi orta məktəbi VIII sinif şagirdi Kazımlı Əsli Rüfət qızı təmsil etmiş və Respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanmışdır. 

  Kazımlı Əsli Rüfət qızı Respublika olimpiadasının yarımfinal turunda məktəbimizi təmsil edəcəktir. K.Əsli məsuliyyətli, çalışqan, mütaliəni sevir. Sinif yoldaşlarına örnəkdir. Pandemiya şəraitinin olmasına baxmayaraq onlayn dərslərdə fəallıq göstərir, təhsildən yayınmır. Ümid edirik ki, Əsli Respublika turunda da uğurlu nəticələr göstərəcək. Əsli Kazımlıya bol-bol uğurlar arzulayırıq.

  Qeyd edək ki, Respublika mərhələsinin yarımfinal turuna qeydiyyat 24-28 fevral 2021-ci il tarixdə www.olimpiada.edu.az saytı vasitəsi ilə həyata keçiriləcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi