Tarixdə bugün

  Keçən il fevral ayının 15-də Prezident İlham Əliyev 56-cı Münhen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel-müzakirələrdə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu həm tarixi həm, həm beynəlxalq hüquq, həm də beynəlxalq birliyin mövqeyi kontekstində dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırmışdı. Azərbaycan Prezidenti XIX əsrin əvvəlindən başlayaraq 200 il ərzində imzalanmış çoxsaylı saziş və müqavilələrdən danışdığı halda Paşinyan bir ədəd də olsun hüquqi cəhətdən əsaslandırılmış fakt ortaya qoya bilməmişdi.

  27 sentyabr 2020-ci ildə başlayan vətən müharibəsini Azərbaycan 10 noyabr tarixində imzalanmış bəyannamə ilə qalib olaraq sonlandırdı. N.Paşinyan isə biabırçı kapitulyasiya aktına imza atdı.

  2021-ci il fevralın 14-də Müzəffər Ali Baş Komandan və Birinci Vitse-prezident Mehriban xanım Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarına səfər etdilər. səfərdə Zəngilan rayonunun Ağalı kəndi ərazisində qurulacaq "Ağıllı kənd" layihəsi təqdimatında iştirak etmiş, Bəsitçay qoruğunun yenidən bərpasına göstəriş vermişdi.

Azad edilmiş torpaqlarımıza səfər müddətində Prezident İlham Əliyev müqəddəs bayrağımızı öpdü, gözünün üstünə qoydu və Qarabağın səmalarında ucaltdı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi