Məktəblilərin kitab seçimi

  Böyüklərə nisbətən uşaq beyni, uşaq dünyası daha həssas, nisbətən təcrübəsiz, saf və zəifdir. Oxuduğu hər kitab, eşitdiyi, şahid olduğu hər xırda hadisə, hər əhvalat onların düşüncəsinə təsir edərək saf dünyalarının hətta yünümü belə dəyişmək iqtidarındadır.

  Hər bir uşağın daima can atdığı və bitməyən, hər zaman parlaq hesap etdikləri bir istək vardır- böyüklərin dünyası! Bu istək bəzən onların kitab seçimində də öz yanlış təsirini göstərə bilir.

  Bəs uşaqlar nə oxumalıdır?

  Uşaqların oxumalı olduğu kitablardan diqqət yetirilməsi gərəkən başlıca amil kitabın ana xətti, oxucuya ötürmək istədiyi əsas fikirdir. Çünki xəyal dünyaları xeyli geniş və xeyli inkişaf etmiş olan uşaqlara kitabdakı əhvalat və hadisələrdən daha çox, bu əsərlərin şüurun alt qatında qoyduğu izlər təsir edir.

  Yuxarıda sadalanan səbəbləri nəzərə alaraq məktəbin psixoloqu (İ.N.Paşayeva) və kitabxana müdiri (N.K.Qabilova) məktəblilər üçün yaş dövrlərinə uyğun kitabları qruplaşdırdılar:

  a) 6-9 yaşarası məktəblilər üçün istifadə ediləcək ədəbiyyat siyahısı;

  "Göyçək Fatma", "Çipollinonun başına gələnlər", "Bir, iki-bizimki", "Uçan çinarlar", "Xurcun", "Yüz sevimli nağıl", "Aslanla dovşan", "Apardı sellər Saranı", "Mauqli", "Məlikməmmədin nağılı"və s.

  b) 9-12 yaşarası istifadə ediləcək ədəbiyyat siyahısı; 

"Yaşıl gözlü qız", "Azərbaycan əfsanələri", "El çələngi", "Görünməz adam", "Bunları bilmək maraqlıdır", "İxtiralar və kəşflər", "Bayramlar və tarixi günlər", "Mahanın nağılları", "Uşaq folkloru", "Abdulla Şaiqin seçilmiş əsərləri"və s.

  c) 12-15 yaşarası istifadə ediləcək ədəbiyyat siyahısı;

  "Zəlimxan Yaqubun seçilmiş əsərləri", "Səfillər romanı", "Azərbaycan folkloru", "Xəlil Rzanın seçilmiş əsərləri", "Dədə Qorqud dastanı", "İmaməddin Nəsiminin seçilmiş əsərləri", "Əhməd Cavadın seçilmiş əsərləri və s.

  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi