Dərsdə fəal iştirakına görə təltif edilən şagirdlər.

Pandemiya dünyada gözlənilməyən problemlər meydana gətirdi.
Hal-hazırda bütün dünya Covid-19 pandemiyası ilə mübarizə aparır. Bildiyimiz kimi respublikamızda karantin rejimi tətbiq edilmişdir. Ölkə ərazisində karantin rejiminin uzadılması ilə əlaqədar dərslər distant formada, MS Teams platforması üzərindən keçirilir. Müasir dövrdə texnologiyanın inkişafı təhsil sisteminə öz təsirini göstərərək distant, yəni müəyyən məsafədən keçirilən təlim-tədris sistemi yaranıb.
Məktəbin ibtidai sinif müəllimi Sevinc Süleymanovanın təşəbbüsü ilə 2b sinfində onlayn dərslər keçirilib. Dərslərdə hər bir şagirdin fərdi xüsusiyyəti nəzərə alınmaqla müxtəlif elektron resurslardan, video materiallardan və test nümunələrindən istifadə olunur.
Sevinc müəllimə onlayn dərsdə fəal iştirak edən şagirdləri Sertifikat ilə təltif edib.