20 Yanvar gününə həsr olummuş "Qanlı yanvar" adlı onlayn dərs.

Xalqımızın azadlığa gedən yolunun memarı 20 Yanvar şəhidləridir. Azərbaycanı müstəqil, suverən dövlət olaraq görmək istəyən vətən övladları sovet imperiyasına qarşı öz etirazlarını bildirmək məqsədi ilə əliyalın şəkildə tankların, silahlı əsgərlərin qarşısına çıxmaqdan çəkinmədilər. 20 Yanvar hadisəsi xalqımızın qəhrəmanlıq tarixinə ayrıca bir səhifə kimi yazılıb. Məlum olduğu kimi hər il 20 Yanvar şəhidlərinin unudulmaz xatirəsi respublikamızın hər yerində anılır. Orta məktəblərdə 20 Yanvar hadisəsi ilə bağlı sislilə tədbirlər keçirilir. Belə tədbirlərdən birini M.Məmmədov adına 303 nömrəli ümumi orta məktəbin ibtidai sinif müəllimi Süleymanova Sevinc Yaşar qızı 2b sinfi ilə "Qanlı yanvar" dərsi adı ilə onlayn şəkildə təşkil edib. Sevinc müəllimə dərsə ümummilli lider H.Əliyevin sitatı ilə başlayıb. Dərsdə 1990-cı ilin 20 yanvar hadisəsi, xalqımızın istiqlal arzusu və bu yolda üzləşdiyi çətinliklər, eləcə də şəhidlər barədə məlumat verib. Məktəblilər 20 Yanvar faciəsinə həsr edilmiş bədii kompozisiyalar nümayiş etdilər.
Dərs 20 Yanvara aid bədii kompozisiya ilə yekunlaşdırıldı.
https://youtube.com/channel/UCU5XHVoGYCjiorxNegHPTSg