Bu gün dahi insan, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anım günüdür.

Azərbaycanın tarixində və taleyində ən parlaq səhifələr onun adı ilə bağlıdır. Müstəqil Azərbaycan dövləti onun şah əsəri, xalqın qürur və inam mənbəyidir. Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasət uğurla davam etdirilir, möhtəşəm nailiyyətlərlə müşaiyyət olunur. Dahi Heydər Əliyevin laiqli davamçısı Prezident İlham Əliyev onun bütün arzularını yerinə yetirmişdir. Ulu Öndərin ən böyük arzusu Qarabağın azad edilməsi idi. İndi onun varisi, Ali Baş Komandan İlham Əliyevin əzəməti və qətiyyəti sayəsində Qarabağ azad nəfəs alır. Tariximizin ən şərəfli və fərəhli sahifəsi yazılmışdır.
Azərbaycan xalqı həmişə və hər zaman dahi Heydər Əliyevi sonsuz ehtiram və məhəbbətlə yad edəcək.