15 sentyabr 2020-ci il tarixində keçirilən "Bilik gününün" keçirilməsi.

     Bütün dünyada, həm də Azərbaycanda baş verən pandemiya səbəbindən 15 sentyabr 2020-ci il tarixində məktəbdə ancaq ibtidai sinif şagirdləri təlimə başlamışdır. Məktəb həyətində sosial məsafənin saxlanması səbəbi ilə sxemlər çəkilmişdir. Həmin qaydalara riayət edərək şagirdlər yarımqruplar şəklində düzüldülər. Məktəbin qapısında hər bir şagirdin və müəllimin tempraturu yoxlanılır, əlləri spirtlə təmizlənərək içəri buraxılır. Onlar aralarında sosial məsafə saxlanılmaqla siniflərə daxil oldular. Parta arxasında şagirdlər fərdi və ziqzaq formada əyləşdilər. Dərslər arasında tənəffüs üçün zəng vurulmadı. 

     Məktəbin  əsas pilləsi olan 5-9-cu siniflər 01 oktyabr 2020-ci il tarixində əyani təhsilə başladılar. Onlar da Covid-19 səbəbindən ibtidai sinifləri qəbul etdiyimiz qayda ilə dərslərə başladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi