Məktəbimizin fəxrləri

Məktəbimizdə təhsil alan şagirdlərin idmana marağı böyükdür. Belə olmasaydı bu gün biz onların qazandığı uğurlarla fəxr etməzdik. Gəlin diqqətimizi onların uğurlarına yönəldək.
Qurbanov Sərxan Mehdi oğlu, Hümmətov Kamil Yaqub oğlu, Süleymanov Fərid Yalçın oğlu, Cabbarlı Sabir Cabir oğlu Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin 14 yaş komandaları arasında keçirilən liqa çempionatının qalibləri kimi "Qızıl" medal və diplomla təltif olunmuşlar.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Kempo İKF- üzrə Bakı birinciliyində 30 kiloqram çəki üzrə keçirilən yarışda Kərimov Cəbrayıl Ələddin oğlu I yerə layiq görülmüş "Qızıl" medal və diplomla təltif olunmuşdur, həmçinin Xankişiyev Atamalı İlqar oğlu isə II və III yerə layiq görülərək "Gümüş" və "Bürünc" medal və diplomla təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi