"Valideynin məktəbdə bir günü"

Məktəbdə 13.12.2019-cu il tarixdə "Valideynin məktəbdə bir günü" layihəsi, təlim-tərbiyə işləri üzrə direktor müavini, UBT- rəhbəri və psixoloqun təşkilatçılığı ilə həyata keçirildi.

Təşkil edilmiş görüşdə valideynlər şagirdlərin təşəbbüsü ilə keçirilmiş tədbirlər, yarışlar, bədii oxu gecələri və s. barədə məlumatlandırıldı.

Valideynləri yeni təmirdən çıxmış kompüter otağı və iş şəraiti ilə tanış etdik.

Layihə çərçivəsində məktəbin psixoloqu valideynlərə tərtib etdiyi "şagirdlərin sosial şəbəkələrə meyllilik, sosial-ictimai münasibətləri, şəxsiyyətin özünüqiymətləndirmə səviyyəsinin müəyyənləşdirilməsi" məqsədi daşıyan anketlər təqdim etdi.

Məktəbdə reallaşdırılmış maarifləndirici tədbirdə\ Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilmiş "Mənimlə danış" kompaniyasının videoçarxı təqdim edildi.

Tədbirin sonunda valideynlər müəyyən istiqamətlər üzrə öz təklif və rəylərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi