Kiçik Tədqiqatçılar

İbtidai sinif şagirdlərində tədqiqatçılıq bacarığını inkişaf etdirmək, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq məqsədi ilə məktəbimizdə 02.12.2019-cu il tarixdə Bakı şəhəri üzrə Təhsil idarəsinin təşəbbüsü ilə "Kiçik tədqiqatçılar" müsabiqəsi keçirildi. Məktəbdaxili müsabiqədə 5 komanda "Azəri", "Ulduz", "Yenilməzlər", "Təbriz" və "Qarabağ" komandaları iştirak edirdi.
"Azəri" komandası "sağlam həyat xoşbəxt həyatdır" mövzusu ilə çıxış edərək qalib gəldi.