"Ümumdünya mülki müdafiə günü"

2024-cü il üçün illik tədbirlər planına uyğun olaraq 1 Mart "Ümumdünya mülki müdafiə günü"ilə bağlı tədbir 302 nömrəli tam orta məktəbdə təşkil edilmişdir.Tədbir təşkilatçı müavin Qaçayeva Xanımana, Hərbi rəhbər Mehdiyev Zaur, İngilis dili müəllimi İbrahimova Tahirə, fizika müəllimi Hüseynova Arzu, 5a və 7b sinif şagirdlərinin iştirakı ilə keçirildi.Tədbirdə Azərbaycan Respublikasının FHN-nin DYMX-nin 16 nömrəli YMB -nin rəisi baş leytenant Gözəlov Ceyhun Baləhməd oğlu,daxili xidmət leytenantı Xəlilov Məhəmməd İslam oğlu,manqa komandiri Abdullayev Elməddin Muradəli oğlu,baş çavuş böyük yanğınsöndürən Əzməmmədov Xaqani Elman oğlu və manqa komandiri Rəhimov Ceyhun Sakit oğlu iştirak etdilər.
7-ci sinif şagirdi Qayıbov Muradın hazırladığı təqdimat izləndikdən sonra qonaqlar şagirdlərin təbii fəlakətlər, fövqəladə hallarla bağlı çoxsaylı suallarını ətraflı cavablandırdılar. Baş verə biləcək təbii fəlakətlər və fövqəladə hallar zamanı təhlükəsizlik qaydaları barədə məlumatlandırıldılar. Sonda şagirdlər qonaqlara təşəkkürnamələr təqdim etdilər.