Pedaqoji Şura iclası keçirildi
13 sentyabr tarixində məktəbdə 2024-2025-ci tədris ilinin ilk pedaqoji şura iclası keçirildi.
İclasda 2023-2024-cü tədris ilində görülmüş işlər, yeni tədris ilində qarşıda duran məsələlər, habelə Elm və Təhsil Nazirliyinin və BŞTİ-nin müvafiq təlimat və tövsiyələri barədə məlumatlar pedaqoji heyətin diqqətinə çatdırılmışdır.Müəllimlərin dərs yükü və dərs cədvəlinin təsdiqi, Fənlər üzrə MB rəhbərlərinin təsdiqi,yay tədris tapşırıqlarının nəticələri, X siniflərin komplektləşdirilməsi, texniki məsələlər, dərsliklərin vəziyyəti barədə məlumatlar pedaqoji heyətin diqqətinə çatdırıldı.
Sonda məktəbdə ilk dərslərin "Yaşıl dünya naminə həmrəylik ili" mövzusuna həsr olunması müəllimlərə tapşırıldı.