"Heydər Əliyev və Azərbaycan"
Azərbaycan tarixinin əvəzolunmaz siması, əbədiyaşar lider Heydər Əliyevin irsini yaşatmaq məqsədilə "Heydər Əliyev və Azərbaycan" adlı dərs təşkil olunmuşdur. Dərsi təşkil etməkdə məqsəd Heydər Əliyev şəxsiyyətinin əzəmətini bir daha şagirdlərin diqqətinə çatdırmaqdan ibarət olmuşdur. Tarix uzaqlaşdıqca biz Heydər Əliyev dühasının əzəmətini, onun şəxsiyyətinin böyüklüyünü daha aydın dərk edirik. Əslində bu qeyri-adi şəxsiyyət hər zaman bizim əhatəmizdədir. Çünki, Ulu Öndərin layiqli davamçısı prezidentimiz İlham Əliyev Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanı məhz onun miras qoyduğu dövlətçilik prinsipləri ilə idarə edir.