Seminar təşkil olundu
5 may tarixində məktəbdə ARTİ-nin əməkdaşı Aynur Həşimovanın rəhbərliyi ilə seminar keçirildi.Seminarın təşkil olunmasında əsas məqsəd formativ qiymətləndirmə ilə bağlı problemləri aradan qaldırmaqdır .Seminarda formativ qiymətləndirmənin mahiyyəti, keçirilmə məqsədi, növləri və s.məsələlər izah olundu.Qeyd edildi ki,formativ qiymətləndirmənin əsas məqsədi həm şagirdlərin nailiyyətlərini izləməyə,həm də müəllimin strategiyasını ,təlim metodlarını dəyişməyə əsas verir .
Qarşılıqlı müzakirə şəklində davam edən seminarda formativ qiymətləndirmə ilə bağlı bəzi ziddiyətli məsələlərə də toxunuldu və iştirakçıların sərbəst müzakirəsinə verildi.