Gələcəyi sağlam düşüncəli gənclərlə quraq

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin “Uşaqdan-uşağa” layihəsi çərçivəsində məktəbimizin 6 və 7-ci sinif şagirdləri ilə maarifləndirici təlim keçirilib.

Komitənin əməkdaşı Təranə Piriyeva təlimin keçirilməsinin əhəmiyyətindən , şagirdlər arasında yayılmış aqressiv davranış hallarının fəsadlarından bəhs etdi.

Uşaq Səfirlər Məclisinin üzvləri Nicat Rəhimov və İnci Hüseynli yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış hallarının yaranma səbəbləri və qarşısının alınması yollarını interaktiv metodla şagirdlərin fəallığını təmin edərək izah etdilər.

Şagirdlərimiz hazırladığı səhnəciklərdə bullinq halları və bu zaman davranış qaydalarını nümayiş etdirdi.

              Gələcəyi sağlam düşüncəli gənclərlə quraq.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi