Müəllimlərin peşəkarlıq səviyyəsi təkmilləşdirilir

“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən məktəbimizdə İKT-nin təhsilə tətbiqi və peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi istiqamətində mentorluq xidməti göstərilir. 10 nəfərdən ibarət heyətə əyani və distant dəstək göstərməklə, pedaqoji heyətin təkmilləşmə prosesinin təşkili işi uğurla həyata keçirilir. Mentorluq dəstəyi göstərilən hər bir müəllim və inzibati heyət üzvü üçün fərdi inkişaf planı tutularaq, müsahibələr, müşahidələr, qrup və fərdi görüşləri keçirilərək fəaliyyətləri qiymətləndirilir. Müəllim-şagird-valideyn əməkdaşlığı, təhsildə yeni yanaşmalar, İKT-nin təhsilə tətbiqi, şagirdin imkan və maraqlarının nəzərə alınması, müəllimin özünü təkmilləşdirməsi, həmkarların dəstəyi kimi yeni hədəflər müəyyənləşdirilir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi