MƏKTƏBDƏ 16 KİTAB TƏQDİM OLUNUB

"Kitabxana xalq, millət üçün müqəddəs bir yer,mənəviyyat, bilik,zəka mənbəyidir "

                                                                           Heydər Əliyev

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitab müəllifləri 16 adda texniki -populyar seriyanın təqdimatını məktəbimizdə keçirdi.

Tədbirdə iştirak edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov, ADNSU -nun prorektoru, dosent Ata Babayev, dosent Naməd Paşayev, dosent Aydın Əliyev, dosent Fərid Ağayev, dosent İlham Rüstəmov, məsləhətçi professor Ələsgər Əliyev çıxış edərək təqdim olunan kitablar haqqında dəyərli fikirlərini bildirdilər.

Sonda məktəbin istedadlı şagirdləri Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeir və musiqi nömrələri ilə çıxış etdilər.

16 adda texniki -populyar seriyanın təqdimatının bizim məktəbimizdə keçirilməsi,belə dəyərli kitabların məktəbimizə hədiyyə olunması şagirdlərimizdə təhsilə,elmə marağı daha da artıracaqdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi