“Ana dilim, doğma dilim”

20 fevral 2023-cü il tarixdə 300 nömrəli tam orta məktəbdə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilim, doğma dilim” adlı tədbir keçirilib.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, “Unity company” şirkətinin direktoru Fikrət Əliyev, İdarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, məktəbin direktoru, müəllimlər və şagirdlər iştirak ediblər.

Öncə qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin, Vətən şəhidlərinin və Türkiyədə zəlzələ nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra millət vəkili şagirdlərə kitablar hədiyyə edib.

Tədbirdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə və Beynəlxalq Ana Dili Gününə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, şeirlər, mahnılar səsləndiriblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi