R.Əliyev adına 3 nömrəli tam orta məktəbdə Beynəlxalq Müəllimlər Günü möhtəşəm tədbirlə qeyd olundu

    5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə R.Əliyev adına 3 nömrəli tam orta məktəbdə Zəhra Xatun Qadın İnkişaf Mərkəzinin təşkilatçılığı ilə möhtəşəm bir tədbir keçirilib. “Kamillik və dahiliyi özündə ehtiva edən müəllim ömrü” mövzusunda baş tutan bu tədbir müəllimlərə olan hörmət və minnətdarlığı əks etdirən əlamətdar bir an oldu.

    Tədbirdə Əməkdar müəllim Zülfiyyə Vəliyeva və Zəhra Xatun Qadın İnkişaf Mərkəzinin rəhbəri Leyla Həsənova çıxış edərək, müəllimlərin cəmiyyətdəki əhəmiyyətindən, onların gənc nəslin formalaşmasındakı böyük rolundan danışdılar. Çıxışlarda vurğulandı ki, müəllimlər yalnız bilik verən şəxslər deyil, həm də gənclərin həyatında dərin iz buraxan liderlər və örnək şəxsiyyətlərdir.

    Tədbir boyu iştirakçılar, o cümlədən R.Əliyev adına 3 nömrəli məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrətə də xüsusi təşəkkürlər bildirildi. Onun rəhbərliyi altında məktəbin tədris uğurları, müəllim heyətinin fədakar fəaliyyəti və məktəbdə təhsilin yüksək səviyyədə təşkil olunması tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirildi.

    Müəllimlər Günü tədbiri, həm müəllimlər, həm də digər iştirakçılar üçün yaddaqalan bir gün olmaqla yanaşı, müəllimlik peşəsinin cəmiyyətimiz üçün nə qədər dəyərli olduğunu bir daha nümayiş etdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi