Ümummilli Lider Heydər Əliyev ili elan edilməsi münasibətilə silsilə tədbirlər
Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə 2023-cü il Ümummilli Lider Heydər Əliyev ili elan edilməsi münasibətilə silsilə tədbirlər davam edir.Bu səbəbdən məktəbin tarix müəllimi Nigar Məmmədova və 10b sinif şagirdləri 2023-cü ildə hər ay "Ulu Öndərin yolu ilə " adlı öyrədici silsilə tədbirlər keçirilməsini qərara alıblar. İlk tədbir 19.01.2023-cü il tarixində keçirilmişdir. İlk tədbirdə Nigar Məmmədova:
"Mən də bir tarix müəllimi kimi şagirdlərimizə bu dahi şəxsiyyəti daha yaxşı tanıtmaq və vətənpərvər vətəndaşlar yetişdirmək üçün Ülu Öndər,Ümummilli Liderimiz Heydər Əliyevin keçdiyi həyat yolunun gənclər üçün bir məktəb yolu olduğunu öyrətmək istəyirəm. İstəyirəm ki,gənclərimiz Ulu Öndərin həyat yolunu dərindən öyrənərək özlərinə örnək tutsunlar."