20 Yanvar - Milli Qürur gününə həsr olunmuş tədbir

Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə 19 yanvar 2023-cü il tarixində 20 yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş tədbir keçirildi.İlk olaraq himn oxundu, sonra 20 yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.Tədbir məktəbin Azərbaycan dili və ədəbiyyatı fənn müəllimi Aydıngün Paşayevanın rəhbərliyi ilə şagirdlərin təqdimatı ilə başladı.Şagirdlərin şəhidlərin əziz xatirəsinə həsr etdikləri kompozisiyalar bu il də fərqli oldu.Qürur mənbəyi olan Şəhidlər Xiyabanının bir and yerimiz olduğunu, orada uyuyan şəhidlərimizin qanlarının yerdə qalmayaraq, intiqamlarının alındığı anları böyük fəxarətlə dilə gətirdilər.Tədbirdə məktəbin direktoru, əməkdar müəllim Almaz Həsrət, məktəb müəllimləri və şagirdlər iştirak edirdi. Şəhidlərimizin əziz xatirəsinə mahnılar oxundu, şeirlər söylənildi. Məktəbimizin direktoru Almaz Həsrət öz çıxışı ilə dinləyiciləri təsirləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi