Nailiyyətlərimiz

Taekvondo yarışında I yerE.Əliyev adına 297№li tam orta məktəbin IV sinif şagirdləri Əzizov Teymur Azərbaycan Kyokuşinkaykan Karate və Ciyutaido Federasiyasının keçirdiyi Kyokuşinkaykan Karate idman növü üzrə Respublika Kubokunda 23 kq çəki dərəcəsində I yerə, Rəsulov Fateh Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə Taekvondo idman növü üzrə " İlk Liqa Kuboku" döyüşlərində uşaqlar arasında 33 kq çəki dərəcəsində I yerə layiq görülmüşdür.

Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsiE.Əliyev adına 297№li tam orta məktəbin 10 B sinif şagirdləri Təhməzli Leyla, Məmmədova Səma, Hacılı Rəsul və 9 Ç sinif şagirdi Orucov Tomrul Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin " İnteqrativ tədris üsullarından istifadə etməklə ümumi orta təhsil səviyyəsində şagirdlərin fənn bilimləri,riyaziyyat və oxu bacarıqlarının inkişaf etdirilməsi " lahiyəsi üzrə keçirilən təlim-seminarlarda iştirak etmişlər və yekun qiymətləndirmədə yüksək bacarıqlara yiyələndiklərini nümayiş etdirdiklərinə görə sertifikatlarla təltif olunmuşlar.

Rəsm müsabiqəsiMəktəbimizin IV E sinif şagirdi Sultanlı Nurgül Rəşad qızı Azərbaycan Rəssamlar İttifaqı Rəsm Qaleriyası tərəfindən təşkil olunmuş " Xocalı şəhər " adlı rəsm müsabiqəsinin iştirakçısıdır. Müsabiqədə iştirakına görə Azərbaycan Rəssamlar İttifaqı Rəsm Qaleriyası tərəfindən diplomla təltif olunmuşdur. Qeyd edək ki, Sultanlı Nurgül Fikrət Əmirov adına 6 saylı İncəsənət məktəbinin yetirməsidir.

HAQQIMIZDA

297 nömrəli məktəb 1965 - ci ildə yaradılmış, 960 şagird üçün nəzərdə tutulmuşdur.Digər korpus isə 2007 - ci ildə tikilib və 800 şagird üçün nəzərdə tutulmuşdur. Birinci korpus 2013 - cü ildə əsaslı təmir ...

BİZİM FƏXRLƏRİMİZ

Allahverdi Qarayev Hüseyn

Arzu Alxanova Asəf

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi