FƏXRİMİZ

     Emin Əliyev 1970-ci il yanvar ayının 21-də Biləcəri qəsəbəsində anadan olmuşdur. Qəsəbənin 2 saylı ( indiki 297№li tam orta məktəb ) dəmiryol orta məktəbini bitirib.18 saylı musiqi məktəbinin klarnet sinfində oxuyub. 94 saylı Bakı Texniki Peşə məktəbini bitirib, bəzəkçi peşəsinə yiyələnmişdir. 1988-ci ildə Ordu sıralarına çağrılır. Lənkəran, Prişib hərbi hissələrində 1990-cı ilə qədər qulluq edir.

     1993-cü ilin noyabrında Emin Əliyev könüllü olaraq cəbhəyə yollanmışdır. O, hərbi andına sadiq qalaraq ilk döyüşdən mərdliklə çıxdı. Kəlbəcərdə Murovdağ ətəklərində qanlı döyüşlərdə iştirak etmişdir.1994-cü il yanvar ayının 18-də Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

    Emin Əliyev Bakı şəhərindəki “ Şəhidlər Xiyabanı “ da dəfn olunmuşdur. Valideynləri və üç qardaşı Biləcəri qəsəbəsindəki Y.Hüseynov küçəsi, 5 saylı evdə yaşayırlar.

     Bakı şəhəri Xalq Deputatları Sovetinin Rəyasət Heyətinin 4/33 saylı 15 aprel 1994-cü il tarixli qərarı ilə Binəqədi rayonu Biləcəri qəsəbəsindəki 2 saylı dəmiryol məktəbinə (indiki 297№li tam orta məktəb ) şəhidin adı verilmişdir. Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış Emin Arif oğlu Əliyevin əziz xatirəsi yaddaşlara həkk olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi