Nailiyyətlərimiz

Şeir müsabiqəsiMəktəbimizin "4 C" sinif şagirdləri sinif rəhbərləri Zərifə müəllimənin başçılığı ilə Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Cənab İlham Əliyevin doğum günü münasibəti ilə Şeir müsabiqəsi adlı tədbir ərsəyə gətirdilər. Tədbirin sonunda şagirdlərimiz tədbirdə fəal iştiraklarına görə məktəbin direktoru C. Abaszadə tərəfindən " TƏLTİFNAMƏ " ilə təltif edildilər.

Avropa xalq nağıllarının Azərbaycan xalq nağılları ilə müqayisəsi.Azərbaycan nağılları Azərbaycanın şifahi xalq ədəbiyyatının epik növünə aid janrdır. Azərbaycan xalqının dünya görüşünü, həyata münasibətini, zülmə qarşı mübarizəsini, gələcək üçün arzularını və inamını əks etdirən şifahi xalq ədəbiyyatının çox qədim və geniş yayılmış növlərindəndir. İlk xalq nağılları e.ə. 6-7-ci əsrlərdə yaranmışdır. Azərbaycanın müxtəlif mədəniyyətlərin kəsişdiyi bir coğrafi məkanda yerləşməsi nəticəsində yaranan özünəməxsus xüsusiyyət özünü xalq nağıllarında daha aydın surətdə əks etdirir. Azərbaycan nağıllarında həm şərq, həm də yunan-ellin və ərəb mədəniyyətlərinin izlərinə rast gəlmək mümkündür. Azərbaycanda nağıllar əsrlər boyu şifahi formada nəsildən-nəslə ötürülmüş və yalnız 20-ci əsrin əvvəlllərində yazılı şəkildə qeydə alınmışdır. Avropa nağıl mədəniyyətində olduğu kimi, Azərbaycan nağılları da nəsihətverici xarakter daşıyır. Qəhrəmanları heyvanlar olan nağıllarla yanaşı, mifik xarakterlər və fantastik elementlərlə zəngin nağıllara da rast gəlmək mümkündür. Nağıllarda hər zaman Azərbaycan xalqının gündəlik məişət həyatı əks olunur. Avropa nağılları Azərbaycandakı uşaqlara Avropanın müxtəlif xalqları haqqında məlumat əldə etməyə, köklərini və ənənələrini və Avropa dəyərlərini kəşf etməyə kömək edəcək. Saysız-hesabsız müharibələrdən alovlanan bugünkü Avropa sülhə can atır. Bu sülh bir-birini başa düşməkdən, fərqlərə hörmət etməkdən, oxşarlıqlar tapmaqdan və əməkdaşlığı inkişaf etdirməkdən başlayır. Məktəbimizin 6D sinifinin şagirdlərinin məktəb kitabxanası ilə əməkdaşlığı. Mövzu Avropada yerləşən ölkələr və həmin ölkələrin xalq nağılları. Azərbaycan nağılları ilə müqayisəsi.

"Xocalı Soyqırımını unutma" rəsm müsabiqəsiXocalı soyqırımının 27 - ci ildönümü münasibəti ilə Bakı şəhər orta ümumtəhsil müəssisələrinin arasında "Xocalı soyqırımını unutma" mövzusunda keçirilmiş Rəsm müsabiqəsində iştirakına görə Bakı şəhər və İdman Baş İdarəsi tərəfindən təltif edilmişdir.

HAQQIMIZDA

297 nömrəli məktəb 1965 - ci ildə yaradılmış, 960 şagird üçün nəzərdə tutulmuşdur.Digər korpus isə 2007 - ci ildə tikilib və 800 şagird üçün nəzərdə tutulmuşdur. Birinci korpus 2013 - cü ildə əsaslı təmir ...

BİZİM FƏXRLƏRİMİZ

Nərgiz İbadova Rövşən

Arzu Alxanova Asəf

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi