Dövlət Bayrağ Muzeyinə ekskursiya

Şagirdlərin bayram günlərini səmərəli keçirməsi üçün məktəb rəhbərliyi tərəfindən onların həmin günlərdə muzeylərə və sərgilərə ekskursiyası təşkil olunur. Belə ki, 26.03.2025 -ci il tarixində məktəbin V və VI sinif şagirdlərinin Dövlət Bayrağ Muzeyinə ekskursiyası təşkil edilmişdir. Ekskursiyanın məqsədi Azərbaycan bayrağının tarixini nümayiş etdirməkdir. Eləcə də Azərbaycan xalqının müstəqillik və azadlıq mübarizəsindəki rolu haqqında şagirdləri məlumatlandırmaq, onlarda vətənpərvər ruhu yüksəltməkdir. Ekskursiya zamanı şagirdlər bayrağın elementlərinin mənası və simvolikası haqqında məlumat verən sərgilərlə tanış olub, muzeydə nümayiş olunan əsas eksponatlar haqqında məlumat alıblar.