“Müəllimlərin etik davranış qaydaları”

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİNİN KOLLEGİYASININ 15 may 2024-cu il KQ – 07 nömrəli qərarı ilə “Təhsilverənlərin etik davranış Qaydaları”ı təsdiq edilmiş, “Müəllimlərin etik davranış Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli 1/2 nömrəli Qərarı ləğv edilmişdir.03.06.2024-cü il tarixində yeni qaydalarla tanış olmaq məqsədilə direktoryanı iclas keçirildi. İclasda məktəbin direktoru Ruhiyyə Tağıyeva qaydalarla heyəti tanış etdi və
yeni qaydaların əhəmiyyətindən danışdı.
Qeyd edək ki, "Bu Qaydaların əsas məqsədi təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasına, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyinin və şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir."

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi