Şagirdlərinin iştirakı ilə seminar keçirildi

             Noyabrın 28- də Ə. Vahid adına 293 nömrəli tam orta məktəbdə zorakılığın qarşısını almaq, bullinqin öhdəsindən gəlmə yollarını izah etmək məqsədilə VII, VIII sinif şagirdlərinin iştirakı ilə seminar keçirildi. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Zümrüd Əliyeva , psixoloq Zakir Şirinov, UBTR Kəmalə Bədəlova çıxış edərək bullinqlə bağlı məlumat verdilər. Bullinq hallarının şagirdlər arasında geniş yayılmasından və mənfi təsirlərindən söhbət açdılar. Sonda “Mənimlə danış” adlı sənədli film nümayiş etdirildi. Şagirdlər qarşılaşdıqları zorakılıq hallarından danışdı və bu halları müzakirə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi