Məktəbin binası 1969 - cu ildən inşa edilmişdir və 1991 - ci ilə qədər 2 № li internat məktəbi kimi fəaliyyət göstərmişdir. Nazirlər kabinetinin 7 may 1991- ci li tarixli, 123 saylı qərarına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 23 iyul 1991 - ci il tarixli, 422 saylı əmrinə əsasən internat məktəbinin yerləşdiyi bina eksperimental təmayüllü orta ümumtəhsil məktəbinə verilmiş, 1991-1992 -ci il ilk dərs ilində pedaqoji kollektiv 260 şagirdin təlim- tərbiyəsi ilə məşğul olmuşdur. Eksperimental təmayüllü məktəbin direktoru filologiya elimləri namizədi Məmmədov Məmməd Nuru oğlu olmuşdur. 1996- cı ildən eksperimental təmayüllü məktəbə dahi qəzəlxan "XX əsrin Fizulisi" Əliağa Vahidin adı verildi. Məktəb Ə.Vahid adına 293 li tam orta məktəb adlandırılmışdır.