Kiçik Akademiya

Hesabat konfransı15 iyun 2021-ci il tarixdə Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz “ Kiçik Akademiya “nın təşkilatçılığı ilə 2020/2021-ci tədris ilində görülən işlərlə bağlı hesabat konfransı keçirildi. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Konfrans 15 iyun- “Milli Qurtuluş Günü” nə təsadüf etdiyi üçün Ümummilli lider Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz “ Kiçik Akademiya “nın rəhbəri Sərxan Şahverdiyev konfrans işyirakçılarını salasmlayaraq , 2020/2021-ci tədris ilində görülən işlər barədə statistik məlumatlar verərək, 2021-ci ilin I yarım ilinin yekunları barədə çıxış etmişdir. Ardınca 68,108,130,142,148,170,192,209,271,307 və 309 nömrəli tam orta məktəbin şagirdlərinin “Qurtuluşdan Zəfərə”,”Ağıllı kənd”,”Nizami dünyası”,”My success” story”,”Atom bombası”,”Ana dilimiz”,”Rus dilinin inkişaf aspektləri”,”Səs və onun insan həyatında rolu” və s. mövzularına toxunaraq araşdırma işləri hazırlayıb, təqdimat etmişlər.Təqdimatlar ümumi struktura uyğun olaraq başlıq ,giriş(problemin qoyuluşu,aktuallıq,yenilik) əsas hissə, işin məqsəd və vəzifələri, və xülasələrə toxunularaq hazırlanmışdır. Hesabat konfransında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf Lahiyələri üzrə sektorun baş məsləhətçisi Sevinc xanım Əzimova ,150-dən çox şəxs –məktəb rəhbərləri,KA rəhbərləri,müəllimlər,şagirdlər iştirak etmişdir.

Ətraflı

Microsoft Teams Platforması Üzərindən "Heydər Əliyev və Zəfər Tariximiz -Şuşa,Laçın "adlı elmi-praktiki konfrans08.05.2021-ci il tarixdə Sabunçu rayonun "Kiçik Akademiya"üzrə mərkəz məktəbinin,Yeni Azərbaycan Partiyası Sabunçu rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə "Kiçik Akademiya" ların Humanitar bölmə ,Coğrafiya kafedraları üzrə Microsoft Teams Platforması Üzərindən "Heydər Əliyev və Zəfər Tariximiz -Şuşa,Laçın" adlı elmi-praktiki konfrans keçirilmişdir.Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Daha sonra giriş sözü olaraq Sabunçu rayonun "Kiçik Akademiya" üzrə mərkəz məktəbinin rəhbəri ,YAP Sabunçu rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Sərxan Şahverdiyev çıxış edərək elmi -praktiki konfrans haqqında məlumat verdi.Ardınca BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov,BŞTİ-nin Keyfiyyətə nəzarət sektorunu müdiri Əsmər Nəbiyeva çıxış edərək,öz dəyərli fikirlərini konfrans iştirakçları ilə bölüşdülər.

Ətraflı

"Nizami Gəncəvi irsinin STEAM fənninə inteqrasiyası"Sabunçu rayonu "Kiçik Akademiya"larının Azərbaycan dili və Ədəbiyyat, İnformatika kafedraları üzrə təşkil olunan "Nizami Gəncəvi irsinin STEAM fənninə inteqrasiyası" adlı müsabiqəsinin nəticələri bəlli olmuşdur. Müsabiqə ərzində şagirdlər fərdi , komanda olaraq "Nizami inciləri ", "Yeddi gözəl", "Nizami məqbərəsi", "Nizami muzeyi", "Nizaminin qəzəlləri ", "Nizami yaradıcılığı", "Fitnə", "İsgəndərnamə əsərindən fraqment", "Nuşirəvanla bayquşların söhbəti", "Söz dünyasının günəşi" adlı mövzulara toxunaraq Tinkercadda işlər təqdim etmişlər. Müsabiqə ərzində 293 nömrəli tam orta məktəb də 2 şagirdlə müsabiqəyə qatılmışdır. İşler 10 p sinif şagirdleri Isayev Oqtay,; Kamilov Kamil; Dəmirov Həmidağa, 11p sinif şagirdi Abdullayev Elgün təqdim etmişlər. 1 iş III yerin qalib olaraq diploma , digər iş isə fərqlənmə sertifikatina layiq görülmüşdür. Şagirdlere Tincerkard proqramiyla işləmeyi öyreden Abasova Aide müəlliməyə təşəkkür edirik, müsabiqədə qalib olan, fərqlənən , iştirak edən şagirdləri təbrik edir, onlara uğurlar arzulayırıq !

Ətraflı

"Zərifə Əliyeva -oftalmologiya elminin inkişafında müstəsna xidmətləri adlı elmi-praktiki konfransMəktəb 293- Bizim məktəbin kimya- boilogiya müəllimləri və 3nəfər şagird də iştirak etmişdir

Ətraflı

"Aprel döyüşlərindən Zəfər Tarixinə gedən yol"adlı elmi -praktiki konfrans"Aprel döyüşlərindən Zəfər Tarixinə gedən yol"adlı elmi -praktiki konfrans

Ətraflı

"Nizami Gəncəvi - dünya ədəbiyyatının incisi "adlı elmi praktiki konfrans"Nizami Gəncəvi - dünya ədəbiyyatının incisi "adlı elmi praktiki konfrans

Ətraflı

Biologiya kafedraları üzrə təşkil olunan elmi praktiki konfransBiologiya kafedraları üzrə təşkil olunan elmi praktiki konfrans

Ətraflı

“Heydər Əliyev və ekoloji problemlərin həlli” mövzusunda tədbir keçirildiDekabrın 12- də Ə.Vahid adına 293 nömrəli tam orta məktəbdə BDU- nun bioekologiya kafedrasının professor- müəllim heyətinin iştirakı ilə ümummilli lider H.Əliyevin anım gününə həsr edilmiş “Heydər Əliyev və ekoloji problemlərin həlli” mövzusunda tədbir keçirildi. Tədbirdə məktəbin kimya müəllimi Könül Məmmədovanın "Kiçik Akademiya" ilə birlikdə hazırladığı çıxışlar və qonaqların təqdimatı dinlənildi.

Ətraflı
HAQQIMIZDA

                Məktəbin binası 1969 - cu ildən inşa edilmişdir və 1991 - ci ilə qədər 2 № li internat məktəbi kimi fəaliyyət göstərmişdir. Nazirlər kabinetinin 7 m...

BİZİM FƏXRLƏRİMİZ

Murad Əzimzadə Sərdar

Günay Qədirzadə Azad

HAQQIMIZDA

                Məktəbin binası 1969 - cu ildən inşa edilmişdir və 1991 - ci ilə qədər 2 № li internat məktəbi kimi fəaliyyət göstərmişdir. Nazirlər kabinetinin 7 m...

BİZİM FƏXRLƏRİMİZ

Murad Əzimzadə Sərdar

Günay Qədirzadə Azad

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi