“Əhməd bəy Ağaoğlu jurnalist  və ədəbiyyatçı kimi” adlı “Dəyirmi masa” keçirildi

             Noyabrın 26- da Ə.Vahid adına 293 nömrəli tam orta məktəbdə Əhməd bəy Ağaoğlunun həyat və yaradıcılığının şagirdlər arasında təbliğ olunması məqsədilə “Əhməd bəy Ağaoğlu jurnalist  və ədəbiyyatçı kimi” adlı “Dəyirmi masa” keçirildi. “Dəyirmi masa”da IX sinif şagirdləri Əhməd bəy Ağaoğlunun yaradıcılğı, din və beynəlxalq ziddiyyətləri, ölkələrarası mədəniyyəti özündə əks etdirən əsərləri barədə məlumat verdilər. Məktəbin dil- ədəbiyyat müəllimi Günel Muxtarova çıxış edərək Əhməd bəy Ağaoğlunun yubileyinin təntənəli keçirilməsini yüksək qiymətləndirdi. Əhməd bəy Ağaoğlu ilə bağlı sənədli film nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi