Zorakılğın qarşısını almaq məqsədilə seminar keçirildi
Noyabrın 26- da Ə.Vahid adına 293 nömrəli tam orta məktəbdə zorakılğın qarşısını almaq, bullinqin öhdəsindən gəlmə yollarını izah etmək məqsədilə IX, X, XI inif şagirdlərinin iştirakı ilə seminar keçirildi. Məktəbin psixoloqu Zakir Şirinov, UBTR Kəmalə Bədəlova çıxış edərək bullinqlə bağlı məlumat verərək zorakılığın insan psixologiyasına mənfi təsirlərindən, bullinqin qarşısının necə alınmasından danışdılar. Sonda “Mənimlə danış” adlı sənədli film nümayiş etdirildi və müzakirələr aparıldı.