“Dəyirmi masa” keçirildi
Noyabrın 25- də Ə.Vahid adına 293 nömrəli tam orta məktəbdə Həmid Araslının ədəbiyyatşünaslıq, folklorşünaslıq sahəsində yaradıcılığının təbliğ olunması məqsədilə “Dəyirmi masa" keçirildi. “Dəyirmi masa”da çıxış edən IX sinif şagirdləri Həmid Araslının ədəbiyyat tariximizin elmi istiqamətində göstərdiyi xidmətlər haqqında məlumat verdilər. Məktəbin dil- ədəbiyyat müəllimi Ətirxanım Hüseynova Həmid Araslının görkəmli şair İmadəddin Nəsimiyə həsr etdiyi "Fəadakar şair " adlı monoqrafiyasını təhlil edərək yüksək qiymətləndirdi. Həmid Araslının xidməti nəticəsində" Kitabi Dədə Qorqud "dastanının nəşr edilməsinin ədəbiyyatımıza, mədəniyyətimizə ən yüksək töhfə olduğu qeyd edildi. Həmid Araslının yaradıcılığı ilə bağlı video-çarx nümayiş etdirildi.