“Mənimlə danış” adlı seminar keçirildi

Noyabrın 25- də Ə.Vahid adına 293 nömrəli tam orta məktəbdə şagirdlərdə zorakılğın qarşısını almaq, bullinqin öhdəsindən gəlmə yollarını izah etmək məqsədilə “Mənimlə danış” adlı seminar keçirildi. Seminarda V, VI sinif şagirdləri iştirak etdilər. Məktin tərbiyə işləri üzrə direktor müavini Zümrüd Əliyeva, psixoloq Zakir Şirinov, UBTR Kəmalə Bədəlova bullinqin növləri,bullinqə məruz qalanların müəyyənləşdirilməsi üsulları barədə məlumat verdilər.Seminarda qarşı mübarizə üsullarından müəyyən situasiyalar qurularaq şagirdlərlə müzakirə edildi.