“Bullinqə yox” adlı seminar keçirildi
Noyabrın 22- də Ə.Vahid adına 293 nömrəli tam orta məktəbdə sağlam sosial -emosional mühiti formalaşdırılmaq, şagirdlərdə bullinq davranışını tanımağa, zorakılığın qarşısının alınmasında şagirdlərə kömək etməkdə müəllimlərin rolunun artırılması məqsədilə pedaqoji kollektivlə “Bullinqə yox” adlı seminar keçirildi. Seminarda məktəbin tərbiyə işləri üzrə direktor müavini Zümrüd Əliyeva çıxış edərək bullinq davranışı, bu davranışın nəticələri, bullinqin qarşısının alınma yolları barədə məlumat verdi. Seminarda bullinq davranışında müəllim- şagird, müəllim- valideyn münasibətlərinin rolu barədə müzakirələr aparıldı.