"Dinləmə və oxu bacarıqlarının inkişafı" mövzusunda nümunəvi dərs keçirildi

25.04.25 tarixində ibtidai sinif müəllimi Əhmədzadə Nərmin tərəfindən 3D sinfi ilə nümunəvi dərs verildi.Dərsin mövzusu şagirdlərdə "Dinləmə və oxu bacarıqlarının inkişafı" idi.Açıq dərsdə məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Asim Ələsgərli və metodbirləşmə rəhbəri Leyla Zeynalova iştirak edirdi.Dərsdə "Kollektivlə iş" dinləmə mətni səsləndirildi.Şagirdlər mətni dinlədikdən sonra verilən işçi vərəqlərini sərbəst şəkildə işlədilər.Sonda siniflə birgə mətn üzrə müzakirələr aparıldı,təlim tərbiyə işləri üzrə direktor müavini Asim Ələsgərli dərslə bağlı öz fikirlərini qeyd etdi.