İsmayıl Şıxlının həyat və yaradıcılığı işıqlandırıldı
Noyabrın 14- də Ə.Vahid adına 293 nömrəli tam orta məktəbdə İsmayıl Şıxlının gündəlik həyata bağlı olan əsərlərində əks olunan problemlər və onların həlli yollarının düzgün təbliğ edilməsi məqsədilə əsərlərin müzakirəsi keçirildi. 7 “A” sinif şagirdləri oxuduqları əsərlərin mövzusunu, ideyanı, surətləri müzakirə etdilər. Dil- ədəbiyyat müəllimi Ətirxanım Hüseynova İsmayıl Şıxlının həyat və yaradıcılığı barədə geniş məlumat verdi. 7 “A” sinif şagirdləri əsərin mövzu və məqsədi barədə öz fikirlərini bildirdilər.