“İsmayıl Şıxlı 100 ” adlı “Dəyirmi masa” keçirildi

Oktyabrın 16-da Ə.Vahid adına 293 nömrəli tam orta məktəbdə xalq yazıçısı,ədəbiyyatşünas,ictimai xadim İsmayıl Şıxlının 100 illik yubileyi münasibətilə “İsmayıl Şıxlı 100 ” adlı “Dəyirmi masa” keçirildi.“Dəyirmi masa”da IX sinif şagirdləri iştirak etdilər.Sənətkarın klassik irsin ənənələrini davam etdirməklə folklor xəzinəsindən bəhrələnməklə meydana gətirdiyi əsərlərdə dərin həyat fəlsəfəsi öz dolğun ifadəsini tapmışdır.Şagirdlər İsmayıl Şıxlının əsərləri barədə məlumat verdilər.Sonda mövzunu özündə əks etdirən slayd nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi