“Müəllim ömrü” adlı ədəbi- bədii gecə keçirildi

İyunun 3- də Ə.Vahid adına 293 li tam orta məktəbdə 4 A və 4 C sinif şagirdlərinin hazırladığı “Müəllim ömrü” adlı ədəbi- bədii gecə keçirildi.

Gözəl tərtib olunmuş səhnədə 4-cü sinif şagirdləri Vətənə, müəllimə, bilik və dostluğa aid şeirlər söylədilər, çox baxımlı səhnəcik nümayiş etdirildi.Şagirdlərin ifasında bayraq rəqsi nümayiş olundu.“Sarı gəlin” mahnısı isə çox gözəl nümayişi ilə yadda qaldı.

Tədbir aforizm və atalar sözü ilə davam etdirildi.Sonda söz məktəbin direktoru Vaqif Tarverdiliyə və valideynlərə verildi.Həm Vaqif müəllim,həm də çıxış edən valideynlər uşaqlara bundan sonrakı təhsil illərində uğurlar və nailiyyətlər arzuladılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi