“Valideynin məktəbdə bir günü” layihəsi həyata keçirildi

Mayın 30- da Ə.Vahid adına 293 li tam orta məktəbdə “Valideynin məktəbdə bir günü” layihəsi həyata keçirildi.Təhsil sahəsində qarşılıqlı və səmərəli fəaliyyətə nail olmaq üçün “məktəb-valideyn”,“müəllim-şagird”,“məktəb-müəllim-valideyn” komponentləri arasında münasibətlərin düzgün tənzimlənməsi layihənin əsas məqsədidir.

Tədbirin rəsmi hissəsi məktəbin akt zalında keçirildi.Məktəbin direktoru Vaqif Tarverdili 2018/2019cu dərs ilində görülən işlər barədə hesabat xarakterli məlumatla çıxış etdi.Valideynlər gələn dərs ili üçün görüləcək tədbirlər barədə öz təklifləri ilə çıxış etdilər. Sonra valideynlər müxtəlif qruplara bölünərək məktəbin idman zalı,kitabxanası, bufeti,laboratoriya və kabinetləri gəzərək,hər bir otaq barədə irad və təkliflərini verdilər.Valideynlər həmçinin dərslərdə də iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi