"Çiçəklən Azərbaycan” adlı səhər xətti keçirildi

Mayın 27- də “Çiçəklən Azərbaycan” adlı səhər xətti keçirildi. Tədbirdə VII sinif şagirdləri Vətənə aid şeirlər söylədilər. Məktəbin tarix müəllimi Nuriyev Vüqar Vahab oğlu çıxış edərək "Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Azərbaycan son otuz ildən artıq bir dövrünü əhatə edən tarix, bu illər ərzində xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. Bütün mənalı həyatını öz xalqına bəxş edən Ulu öndərin qurucusu olduğu müstəqil Azərbaycan getdikcə daha da inkişaf edəcək, qurucusunun adını əbədi yaşadacaq." deyə şagirdləri məlumatlandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi