"Azərbaycan Xalq Cümhuriyyəti" ilə bağlı "Dəyirmi masa"

Mayın 24- də “Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə Müsəlman Şərqində ilk Parlamentli Respublikanın yaranması” adlı “Dəyirmi masa” keçirildi.“Dəyirmi masa”da IX sinif şagirdləri çıxş edərək tarixə nəzər saldılar.Məktəbin tarix müəllimi Xatirə Qurbanova öz məruzəsində Tarixə qızıl hərflərlə yazmış “28 May- Respublika günü” barədə məlumat verdi.“Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Xalq Cümhuriyyətinin təşəkkül tapmasında M.Ə.Rəsulzadənin, F.X.Xoyskinin, Ə.Şıxlinskinin və digərlərinin də xidməti olmuşdur.  Şərqdə ilk dəfə azad, demokratik dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi.Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını Heydər Əliyev yaradıb” deyə şagirdləri məlumatlandırdı.Sonda slayd nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi