“Dini xurafatın,cəhalətin tənqidi” adlı disput keçirildi
Mayın 15- də Ə. Vahid adına 293 № li tam orta məktəbin kitabxanasında “Dini xurafat,ehkamçılıq və cəhalətin tənqidinə həsr olunmuş ədəbi oxusu” adlı disput keçirildi.
VIII sinif şagirdləri M.Ə.Sabir,S.Ə.Şirvani,C.Məmmədquluzadənin əsərlərinə nəzər salaraq,əsərin əsas süjet xətti mənfi və müsbət obrazları barədə məlumat verdilər. Məktəbin dil-ədəbiyyat müəllimi Ətirxanım Hüseynova çıxış edərək əsərlərdə dini xurafata,ehkamçılığa,cəhalətin tənqidinə,nadanlığa,avamlığa geniş yer verildiyi barədə şagirdləri məlumatlandırdı.