Lütfizadə adına məktəblilər arası IV məntiq olimpiadası keçirildi
Mayın 4- də Lütfi zadə adına məktəblilərarası IV Məntiq Olimpiadası keçirildi. Məktəbin V- VI sinif şagirdləri məntiq olimpiadasında iştirak etdilər. Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.