“Riyaziyyat hər zaman bizimlə” yarışması keçirildi
Mayın 2- də Ə.Vahid adına 293 № li tam orta məktəbdə V- VIII sinif şagirdlərindən təşkil olunmuş komandalar arasında “Riyaziyyat hər zaman bizimlə” yarışması keçirildi. Bu yarışmada məntiq və fənnlər arasındakı inteqrasiya tətbiq olunmuş suallar verildi. 4 komanda “Torpaq”, “Hava”, “Su” və “Od” komandaları bu yarışda öz bilik və bacarıqlarını nümayiş etdirdilər. Yarış üç mərhələdən ibarət idi. Komandalarda 24 şagird iştirak edirdi. Mərhələlər arası riyaziyyat haqqında aforizmlər, tapmacalar söylənildi. Finalda “Su” və “Od” komandasını söndürərək qalib gəldi.Qalib komanda məktəbin direktoru Vaqif Tarverdili tərəfindən “Tərifnamə” ilə mükafatlandırıldı.