“Reproduktiv sağlamlıq” mövzusunda layihə keçirildi
Aprelin 11- də Təhsil Nazirliyi və “Ümüdli Gələcək” gənclər ictimai birliyi ilə birgə “Reproduktiv sağlamlıq” mövzusunda layihə keçirildi. Yetkinlik yaşına çatmış qızlarla inkişaf dövrünün mərhələləri və şəxsi gigiyena haqqında söhbət aparıldı. Söhbət əsnasında şagirdlərin sualları ətraflı cavablandırıldı.