“31 Mart- Azərbaycanlıların Soyqırımı günü”nə həsr olunmuş “Dəyirmi masa” keçirildi
Martın 29- da “31 Mart Soyqırımı günü”nə həsr olunmuş “Dəyirmi masa” keçirildi. “Dəyirmi masa”da X sinif şagirdləri iştirak etdi. 31 mart soyqırımı hadisələrini özündə əks etdirən video- çarx nümayiş etdirildi. Ə. Vahid adına 293 № li tam orta məktəbin direktoru Vaqif Tarverdili çıxış edərək “31 Mart- Azərbaycanlıların soyqırımı”nı tarixin ən dəhşətli terroru adlandırdı.