“Ədəbi dilimizin inkişaf mərhələləri” adlı “Dəyirmi masa” keçirildi
Martın 29- da “Ədəbi dilimizin inkişaf mərhələləri” adlı “Dəyirmi masa” keçirildi. “Dəyirmi masa”da dilimizin keçdiyi inkişaf mərhələləri, milli dil, dilin xəlqiləşməsi, ədəbi fəaliyyətinin genişlənməsi müzakirə edildi. Eləcə də, İ. Həsənoğlu, İ. Nəsimi, M. Füzuli, S. Təbrizi, M.P. Vaqif, Q. Zakir, M.Ə. Sabir, R. Rövşənin şeirlərindən misal çəkməklə yanaşı M. F. Axundovun, Ü. Hacıbəyovun, Anarın nəsr əsərlərindən də nümunələr göstərildi. S. Əfşarın, F. Köçərlinin, C. Cabbarlının elmi məqalələrindən misallar çəkilərək ədəbi dilimizin inkişaf tarixi təsvir edildi.