“Yurdum, yuvam, məskənimsən” adlı tədbir keçirildi

Martın 4- də məktəbimizdə “Yurdum, yuvam, məskənimsən” adlı tədbir keçirildi. Tədbirdə iştirak edən III sinif şagirdləri Vətənə, doğma yurda həsr olunmuş şeirlər, bayatılar, atalar sözləri söylədilər, mahnılar səsləndirdilər. Sonda Azərbaycanın gözəl guşələrini özündə əks etdirən slayd nümayiş olundu.