Əliağa Vahidə həsr edilmiş ədəbi- bədii gecə keçirildi

Hər il olduğu kimi, bu il də ənənəyə sadiq qalaraq, məktəbimiz Əliağa Vahidə həsr edilmiş ədəbi- bədii gecə keçirildi. Tədbirdə şagirdlərin ifasında ölməz qəzəlxanın qəzəllərindən və satirik şeirlərindən nümunələr səsləndirildi. Məktəbin xor kollektivi şairin sözlərinə yazılmış muqisi nömrələri nümayiş etdirdi. Sonda məktəbimizdə keçirilən ənənəvi Vahid gecələrindən fraqmentlər göstərildi.

Məktəbin direktoru Vaqif Tarverdili Ə. Vahidin həyat və yaradıcılığından danışaraq “XX əsrin Füzulisi” nə həsr edilən bu bədii gecəni yüksək qiymətləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi